08:41 01-06-2015
news_image
6120
TOP OYUNLARI

Millimizin qatılacağı AVRO-2015-in iştirakçıların tam siyahısı müəyyənləşdi

Qadın voleybolçular arasında 2015-ci ildə Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də qatılacağı yarışda mübarizə aparacaq 16 komandanın yer alacağı qruplar bəllidi.

 

Pley-off mərhələsində Slovakiyanı “Qızı set”də məğlub edən Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Antverpendə çıxış edəcək komandamız Belçika, Türkiyə və Macarıstanla qüvvəsini sınayacaq.

 

Aleksandr Çervyakovun yetirmələri ilk matçını sentyabrın 26-da Türkiyəyə qarşı keçirəcək. Ertəsi gün Belçikanı sınağa çəkəcək komandamız ayın 28-dəki son turda Macarıstanla üz-üzə gələcək.

 

A qrupu

Apeldorn (Hollandiya): Hollandiya (ev sahibi), İtaliya (AVRO-2013-dəki nəticəsinə əsasən), Polşa (seçmə mərhələdə qrup qalibi), Sloveniya (pley-offun qalibi)


B qrupu

Antverpen (Belçika): Belçika (ev sahibi), Türkiyə (seçmə mərhələdə qrup qalibi), Macarıstan (seçmə mərhələdə qrup qalibi), Azərbaycan (pley-offun qalibi) 


C qrupu

Rotterdam (Hollandiya): Rusiya (son Avropa çempionu), Xorvatiya (AVRO-2013-dəki nəticəsinə əsasən), Bolqarıstan (seçmə mərhələdə qrup qalibi), Belarus  (pley-offun qalibi)

 
D qrupu

Eindhoven (Hollandiya): Serbiya, Almaniya (hər ikisi AVRO-2013-dəki nəticəsinə əsasən), Rumıniya, Çexiya (hər ikisi seçmə mərhələdə qrup qalibi)

 

Qeyd: Komandaların qarşısında final mərhələsinə necə vəsiqə qazanmaları göstərilib.