16:08 01-06-2015
news_image

Taekvondoçularımız Avstriyadan 5 medalla qayıdır

Avstriyanın İnsbruk şəhərində yeniyetmə taekvondoçular arasında keçirilən ənənəvi “Austria Open” başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız vətənə 5 medalla qayıdır.

 

Belə ki, Səbuhi Zülfüqarovun yetirmələrindən Ofeliya Allahverdiyeva (29 kq) çempion adına layiq görülüb. Digər idmançılarımızdan Bəhruz Quluzadə (37 kq) gümüş, Cavid Soltanov (+65 kq), Minayə Əkbərova (33 kq) və Sevda Pirseyidova (37 kq) bürünc medalla kifayətləniblər.

 

Qeyd edək ki, millimiz sabah Bakıya qayıdacaq.