09:19 03-06-2015
news_image
4789
TOP OYUNLARI

“Azərbaycanda ciddi çətinlik çəkirdim” - MÜSAHİBƏ

“Lokomotiv”in yunanıstanlı voleybolçusu Evangeliya Çantava vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bakı klubunda əsasən ehtiyatda “yatan” 25 yaşlı hücumçu karyerasını harada davam etdirəcəyindən deyil, Azərbaycanda yaşayış tərzindən və ölkəmizdə oynamasından danışıb.

 

 

- Bir mövsüm istisna olmaqla, son 4 ili Yunanıstandan kənarda keçirmisiz. Bunda iqtisadi böhranın rolu olubmu?

- Legioner həyatı yaşamaq xəyallarımdan biri idi. Təbii ki, ölkə xaricinə daha tez yollanmağımda iqtisadi böhranın da rolu olub.

 

- Yunanıstanı Azərbaycana dəyişməyiniz çoxları üçün təəccüblü oldu. Hətta bəzi klubların təkliflərindən də imtina etdiz. Azərbaycan çempionatının Yunanıstanla müqayisədə üstünlüyü nədədi? Maliyyə seçiminizdə nə dərəcədə rol oynadı?

- Azərbaycan və Yunanıstan çempionatı arasında böyük fərq var. Bu ölkədə yüksək səviyyəli ulduz oyunçularla bir yerdə çıxış etmək, onlarla ünsiyyətdə olmaq mümkündü. Orada hər komandada 10-13 legioner var. Bu da klublardakı rəqabəti artırır. Hər gün daha yaxşı oynamağa məcbur olursan ki, bu da inkişaf deməkdi. Təbii ki, maliyyə baxımından da fərq yüksəkdi.

 

- Yunanıstan və Azərbaycandakı həyat tərzində hansı fərqlər var?

- Təbii ki, yaşayış tərzi Yunanıstanda daha yaxşıdı. Lakin Azərbaycanda da pis deyil. Orada yaşamaq üçün ən münasib yer Bakıdı. Bu şəhər sürətlə inkişaf edir. Düşünürəm ki, ora Dubay qədər yüksəlişə nail olacaq.

 

- Azərbaycanda mədəniyyət və mentalitet necədi? Bir əcnəbi kimi ora uyğunlaşmaq çətinlik yaratmadı ki?

- Xarici ölkələrdə yerli insanların qayda-qanuna necə riayət etmələri mənə həmişə maraqlı olub. Düzdü, 3 ölkədə oynamışam və həmin yerə uyğunlaşmaq üçün vaxt lazımdı. Çünki orada ünsiyyət problemləri ilə üzləşmişəm. Məsələn, İtaliya, Türkiyə və Azərbaycanda heç də hamı ingiliscə danışmır. İtaliyada bu ölkənin dilini müəyyən qədər bildiyim üçün çətinliyim az olurdusa, digər 2 ölkədə heç də asan olmadı. Supermarketlər, restoranlara gedəndə dil bilmədiyim üçün ciddi çətinlik çəkirdim.