11:33 03-06-2015
news_image
671
DİGƏR NÖVLƏR

Əbülfəs Qarayev: Mən özüm də velosiped sürürəm

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev velosiped həvəskarı olduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, bu fikirləri "Bölgələrdən paytaxta" adlı layihə çərçivəsində İsmayıllı rayonuna həsr olunmuş tədbir zamanı səsləndirib.

 

Bu ilin aprelindən etibarən Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən İsmayıllı Olimpiya İdman Kompleksində velosiped bölməsi açılıb və hazırda xeyli yeniyetmə və gənc idmançı bu bölmədə velosiped idmanının sirlərinə yiyələnir.

 

Rayonun idman həyatına həsr olunmuş stendə baxış keçirərkən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov Mədəniyyət və Turizm nazirinə hazırda inşası davam edən velosiped zavodu və idman klubu barədə məlumat verib.

 

İdmançılara uğurlar arzulayan Əbülfəs Qarayev özünün də velosiped həvəskarı olduğunu və həftə ərzində bir neçə dəfə velosiped sürdüyünü deyib.