08:37 04-06-2015
news_image
1771
TOP OYUNLARI

Bakı “Lokomotiv”i italiyalı baş məşqçi axtarışında

Yeni mövsümdə Çempionlar Liqasında oynayacaq “Lokomotiv” heyətində yer alan voleybolçuları itirə-itirə gedir. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın Super Liqada gümüş medal qazandığı komandadan artıq ikisinin gedişi rəsmiləşib.

 

Belə ki, müqavilələri bitən italiyalı Valentina Arriqetti və türkiyəli Tuğce Atıcı vətənlərinə qayıdıblar. Onlar müvafiq olaraq, “Konegliano” və “Çanakqala Belediyespor”la anlaşıblar.

 

“Lokomotiv” onlardan fərqli, çexiyalı Aneta Havlikovanı komandada saxlaya bilib. Ötən mövsüm zədədən əziyyət çəkən təcrübəli oyunçu ilə müqavilə daha 1 mövsümlük artırılıb. Həmçinin, serbiyalı Aleksandra Srnçeviç də “Lokomotiv”də qalıb. 4-cü zona hücumçusu da yeni ildə komandasının heyətində yer alacaq.

 

“Dəmiryolçular” baş məşqçi axtarışına da start verib. Mövsümü türkiyəli Bülənt Karslıoğlu ilə bitirən komandanın ilə italiyalı mütəxəssislə başlayacağı bildirilir. Çünki “Lokomotiv” François Salvaqni və Karlo Parisi ilə danışıqlara start verdiyi və onlardan biri ilə razılıq əldə edəcəyi gözlənilir.