13:47 04-06-2015
news_image
888
DİGƏR NÖVLƏR

Azərbaycan Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazandı - FOTO

Azərbaycan idmançıları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, Hanna Skidan gələn il baş tutacaq mötəbər yarışda çıxış etmək hüququ əldə edib.

 

23 yaşlı xanım idmançımız atletikanın çəkicatma növündə olimpiya lisenziyasına sahib çıxıb. Hanna buna Moldovanın açıq çempionatında nail olub. O, çəkici 72,31 metr məsafəyə atmaqla olimpiya normativini yerinə yetirib.

 

Moldovada 2-ci olan Skidan Braziliyada çıxış etmək üçün lisenziya qazanan 3-cü idmançımız olub. Bunadək digər atletimiz, kişilərin çəkicatma yarışında uğur qazanan Dmitri Marşin və boksçu Albert Səlimov (60 kq) lisenziya əldə edib.

 

Qeyd edək ki, Skidan 2012-ci ildə Londonda keçirilən Olimpiadada da çıxış edib.