15:01 05-06-2015
news_image
1085
TOP OYUNLARI

Püşk atıldı: Azərbaycan təmsilçisi rumıniyalılara qarşı

Bu gün Avropa Voleybol Konfederasiyasının kubokunun (CEV) püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda keçirilən mərasimdə yarışdakı yeganə təmsilçimiz “Azəryol”un da rəqibi bilinib.


Belə ki, CEV kubokunda Bakı təmsilçisi Rumıniyanın “Tarqovitse” klubu ilə münasibətinə aydınlıq gətirəcək. 1/16 finaldan mübarizəyə başlayacaq “Azəryol” ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcək.

 

Qeyd edə ki, CEV kubokunda 1/16 finalın ilk oyunları oktyabrın 27-29-da, cavab matçları noyabrın 10-12-də olacaq.