10:11 06-06-2015
news_image
913
TOP OYUNLARI

“Lokomotiv” itirə-itirə gedir

“Lokomotiv”i daha bir ulduz voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, italiyalı Valentina Arriqetti və türkiyəli Tuğce Atıcının ardınca amerikalı Karli Lloyd də “rels”dən çıxıb.

 

Ötən mövsümün əvvəlində İtaliyadan Azərbaycan klubuna transfer olunan 26 yaşlı toppaylayıcı yenidən Apennin yarımadasına dönüb. O, 2015/2016 mövsümü üçün “Kasalmaqqiore” klubu ilə 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Lloydun ötən mövsüm “Lokomotiv”in gümüş medal qazanmasında böyük rolu olub.