12:05 06-06-2015
news_image
1038
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionumuz rəqibinə şans vermədi

Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov AIBA Pro Boxing turnirində növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, 2 qat dünya, Avropa çempionu Mərakeşdə yerli boksçu Məhəmməd Arjaou ilə qarşılaşıb.

 

8 raundluq döyüşdən sonra hakimlər Məcidovun qələbəsini qeydə alıblar - 2:0 (78:74, 78:73, 76:76). Boksçumuz növbəti görüşünü rusiyalı Maqomed Omarovu meglub eden Rumıniya idmançısı Mixay Nistora qarşı keçirəcək. 


Cavid Çələbiyev isə iyunun 7-də Cində argentinalı Albero Melianla üz-üzə gələcək.