15:04 09-06-2015
news_image
1134
TOP OYUNLARI

Yenə Afrikadan... - FOTO

“Azərreyl” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 6-cı transferi Afrikadan olub.

 

Belə ki, Tailanddan Nutsara Tomkomla Vanna Buakevanı, ABŞ-dan Cessika Cons, Madison Kinqdon və Hali Ekermanı rənglərinə bağlayan “Azərreyl” Seneqal millisinin hücumçusu Fatu Diukla danışıqları müsbət yekunlaşdırıb.

 

30 yaşlı oyunçu ilə 2 illik razılıq əldə olunub. Karyerası əsasən Fransa klubları ilə bağlı olan Diuk Finlandiyanın “Pölkki Kuusamo”dan transfer edilib. 180 sm boya malik dioqnal voleybolçu millisinin də əsas simalarından sayılır.

 

Bu transferlərlə də “Azərreyl”dəki voleybolçuların sayı 8-ə çatıb. Çünki ötən il 2 illik müqavilə bağlanılan bolqarıstanlı Straşmira Filipova və kanadalı Tabita Lavla da yeni mövsümdə Bakı klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Diuk ötən il “Rabitə” ilə 3 illik müqavilə bağlayıb, “İqtisadçı”ya icarəyə verilmişdi. Lakin “universitet komandası” fəaliyyətini dayandırdığından, o, mövsümü “Pölkki Kuusamo”da keçirib. Bu dəfə isə “Rabitə” fəaliyyətini dayandırdığından seneqallı “Azərreyl”ə azad oyunçu statusu ilə gəlib.