08:28 10-06-2015
news_image
2793
TOP OYUNLARI

“Azərreyl”in baş məşqçisi istefaya göndərildi

“Azərreyl” (Azəryol) yeni mövsümə Ceyson Haldanın rəhbərliyi altında başlamayacaq. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi 44 yaşlı kanadalı baş məşqçi əvəzi ilə yoluna davam etməyi məqsədə uyğun saymayıb. 

 

Gənclər yığmamızda da çalışan Haldan bu səbəbdən artıq ölkəmizdən ayrılıb. O, karyerasını Türkiyədə davam etdirəcək. Gənc mütəxəssis artıq “Yeşilyurt”la müqaviləyə də imza atıb. Onun qarşısına əsas məqsəd kimi son mövsümdə Superliqanı tərk etmiş komandanı yenidən yüksək dəstəyə qaytarmaq tapşırığı qoyulub.

 

Komandanın yeni çalışdırıcısının adına isə Avropa Oyunlarından sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, Haldan martda Jeremi Estesi əvəzləmişdi. Lakin o ümidləri doğrultmayaraq, komandanı heç final mərhələsinə çıxara bilməmişdi.