13:26 10-06-2015
news_image
768
TOP OYUNLARI

Bakı-2015: “Gözəl xatirələrimin olduğu bu şəhər mənim üçün əvəzolunmazdı”

2014/2015 mövsümünü Bakıda keçirməyim, birinci Avropa Oyunlarını mənim üçün daha da maraqlı edir. Bu şəhərdə yaşadığım üçün özümü şanslı hesab edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin voleybolçusu Yelena Nikoliç deyib.

 

Son mövsüm “Azəryol”da çıxış edən və Super Liqanın bürünc medalını qazanan hücumçu yığması ilə birgə yenidən Bakıdadı. Azərbaycana gəlməkdən və Avropa Oyunlarında iştirakdan qürur hissi keçirən Nikoliç bildirib ki, paytaxtımızda yalnız bir arzusuna çatmayıb: “Gözəl xatirələrimin olduğu bu şəhər mənim üçün əvəzolunmazdı. Azərbaycandan gedərkən özümü bir məsələyə görə pis hiss edirdim. Bu, ölkə çempionu ola bilməməyimiz idi”.

 

Qeyd edək ki, Nikoliç yeni mövsümdən Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəspor” klubunun şərəfini qoruyacaq.