00:49 12-06-2015
news_image
666
TOP OYUNLARI

FİFA-nın iclasının vaxtı bəlli oldu

FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-də keçiriləcək. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat təşkilatın saytında  dərc olunub.

 

Xəbərə görə, iclasda FİFA-nın yeni prezidentini seçəcək konqresin tarixi müəyyən ediləcək.

 

Xatırladaq ki, mayın 27-də Sürixdə korrupsiya qalmaqalı ilə bağlı FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs edilib.

 

İyunun 2-də FİFA prezidenti Yozef Blatter vəzifəsindən istefa verib.