20:03 20-06-2015
news_image
4957
TOP OYUNLARI

Almaniya millisinin oyun qurucusu Azərbaycan klubunda!

“Azəryol” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Almaniya millisinin toppaylayıcısı Marin Apitzlə danışıqları müsbət yekunlaşdırıb.

 

CEV kubokunda oynayacaq komanda Fransanın “Kann” klubundan transfer etdiyi voleybolçu ilə 1 illik müqavilə imzalayıb.

 

Legioner kimi yalnız ötən mövsüm Kann təmsilçisinin şərəfini qoruyan 28 yaşlı oyun qurucusu vətənində 1999-2005 və 2006-2014-cü illərdə “Drezdner”in, 2005-2006-cı illərdə isə “Olimpiya”nın şərəfini qoruyub. O, 2 dəfə Almaniya (2007, 2014) və 1 dəfə Fransa çempionu (2015) titulunu qazanıb. 183 sm boya malik Apitzin medal kolleksiyasında həmçinin vətənində qazandığı 2 ölkə kuboku (2002, 2010) və “Çelenc Cup”ın “qızıl”ı da var.   

 

Qeyd edək ki, almaniyalı toppaylayıcının əsas komanda “Azərreyl”də də oynaması istisna olunmur.