09:46 29-06-2015
news_image
4082
TOP OYUNLARI

“Azəryol” növbəti transferini rəsmiləşdirdi

“Azəryol” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə CEV kubokunda mübarizə aparacaq Bakı təmsilçisi amerikalı diaqonal voleybolçu Stefani Niemeri rənglərinə bağlayıb.

 

26 yaşlı oyunçu Fransanın “Myulhaus” klubundan transfer olunub. 187 sm boya malik Niemerlə 1 illik müqavilə imzalayıb. O, “Azəryol”a gəlinədək “Sinsinatti Universiteti” (2007-2010, ABŞ), “Mayaquez” (2011-2013), “Humacao” (2013) və “Karolina” (2014, hamısı Puerto-Riko) komandalarında çıxış edib.

 

Qeyd edək ki, “Azəryol” Stefanidən öncə Almaniya millisinin toppaylayıcısı Marin Apitzlə müqavilə bağlıyıb.