08:51 30-06-2015
news_image
7247
TOP OYUNLARI

Polina Rəhimova “Hyundai” bəyənməyib, “Toyota”nı seçdi

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını Asiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son mövsümü Cənubi Koreyanın “Hyundai” klubunda keçirən 25 yaşlı hücumçu Yaponiya “Toyota”sı ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Rəhimova rəsmi müqaviləyə sabah imza atacaq. Türkiyə, Braziliya və digər ölkələrin də komandalarından təklif alan voleybolçumuzun 1 illik müqaviləyə bağlayacağı bildirilir.

 

Qeyd edək ki, Polinanın yeni komandası - 64 yaşlı Kariya təmsilçisi son mövsümü 4-cü yerdə bitirib.