10:24 30-06-2015
news_image
998
TOP OYUNLARI

“Lokomotiv” “rels”dən çıxır

Yeni mövsümdə Çempionlar Liqasında oynayacaq “Lokomotiv” müqaviləsi başa çatan voleybolçuları heyətdə saxlamaqda problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə Hollandiya millisinin blokçusu Quinta Stenbergen Bakı klubunda qalmaq istəməyib.

 

O, artıq özünə yeni komanda da tapıb. 30 yaşlı Stenbergen karyerasını Çexiyada davam etdirəcək. O, “Agel”lə anlaşıb.

 

Qeyd edək ki, Stenbergendən öncə Enn Buijs (Hollandiya), Valentina Arriqetti (İtaliya), Karli Lloyd (ABŞ) və Tuğce Atıcı (Türkiyə) da düşərgədən ayrılıb.