10:43 30-06-2015
news_image
1012
DÖYÜŞ NÖVLƏRİ

Taekvondo millimiz Fransaya yollanır

İyulun 3-də Fransanın Strasburq şəhərində yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Sayca 6-cı dəfə təşkil olunacaq birincilikdə 18 idmançımız gücünü yoxlayacaq.

 

Komandamızın baş məşqçisi Səbuhi Zülfüqarov Strasburqda Qüdrət Nurizadə (33 kq), Bəhruz Quluzadə (37 kq), Ziya Xəlilov (41 kq), Samir Məhərrəmov (45 kq), Ruslan Seyidov (49 kq), Yunis Məmmədzadə (53 kq), Ülvi Mustafayev (57 kq), Elşad Məmmədov (61 kq), Seymur Quliyev (65 kq), Cavid Sultanov (+65 kq), Ofeliya Allahverdiyeva (29 kq), Minayə Əkbərova (33 kq), Sevda Pirseyidova (37 kq), Aliyə Zeynalova (41 kq), Zalikə Babayeva (44 kq), Nərmin Süleymanova (47 kq), Nuranə İbrahimova (51 kq) və Şəms İsayevanı (55 kq) sınaqdan çıxaracaq.

 

Yarışda ölkəmizi hakim qismində Elşən Quliyevlə Elşad Məmmədov təmsil edəcək.

 

Qeyd edək ki, millimiz Fransa sabah yola düşəcək və iyulun 6-da vətənə dönəcək.