12:06 30-06-2015
news_image

Yığmamızın bayraqdarı 1-ci pillədə

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan idmançıları üçün uğurlu alınıb.

 

Belə ki, millimizin liderlərindən olan Rüstəm Orucov yenə öz çəkisinin ən güclüsüdü. 73 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz 2036 xalla ən yaxın izləyicisi Denis Yartsevi (Rusiya) 260 xal qabaqlayır. Avropa Oyunlarında yığmamızın bayraqdarı Elmar Qasımov (100 kq) da birinci pillədədi. O, ikinci yerdə olan Lukas Krpalekdən (Çexiya) 41 xal irəlidədi.

 

Bakı-2015-i gümüş medalla bitirən Orxan Səfərov (60 kq) siyahıda ikinci pillədə qərar tutub. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə də ilk “onluq”dakı yerini qoruyub – 9.

 

Digər aparıcı cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 17-ci,  Tərlan Kərimov (66 kq) 37-ci, Ramin Qurbanov (90 kq) 47-ci, Elxan Məmmədov (100 kq) 13-cü, Uşanqi Kokuari (+100 kq) 38-ci və Kifayət Qasımova (57 kq) 44-cüdü.

 

Qeyd edək ki, bu siyahıda Avropa Oyunlarının nəticələri öz əksini tapmayıb.