09:16 01-07-2015
news_image
4216
TOP OYUNLARI

Rioya lisenziya üçün püşk atıldı: Azərbaycan Belçika ilə eyni qrupda

Çimərlik voleybolu üzrə “Kontinental kuboku”nun IV mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan millilərinin də rəqibləri bəlli olub.

 

Lüksemburqda baş tutan mərasimdə ilk 3 mərhələni uğurla adlayan qadın cütlüyümüzün bəxtinə Yunanıstan, Finlandiya və Şotlandiya voleybolçuları düşüblər. 16 ən güclü komandanın iştirak etdiyi IV mərhələdə təmsilçimiz oyunlarına sentyabrın 5-6-da çıxacaqlar. Cütlüyümüzün yer aldığı C qrupuna ev sahibliyini Yunanıstan edəcək. Sessalonikidə qrupda 2 yerin sahibi mərhələ adlayacaq.

 

Kişilərdən ibarət komandamız isə İsrail, Estoniya və Belçika ilə D qrupunda gücünü yoxlayacaq. Bu millimizin qrup oyunları İsrail Tel-Əvivdə baş tutacaq. Görüşlər sentyabrın 11-12-nə təsadüf edəcək və qadınların mübarizəsində olduğu kimi 2 ən güclü cütlük final mərhələsinə vəsiqə qazanacaq.

 

Qeyd edək ki, yarışların finalçıları Rio-2016-ya lisenziya qazanacaqlar.