16:50 03-07-2015
news_image
467
DİGƏR NÖVLƏR

Qadın velosipedçimiz "Giro d'Italia"da mübarizəyə başlayır

Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü, Bakı-2015 ilk Avropa Oyunlarının fərdi ötüşmə yarışında 6-cı yeri tutmuş Yelena Pavluxina bu gün daha bir önəmli yarışda mübarizəyə başlayır. Apasport.az saytının məlumatına görə, Sloveniyanın "Lyublyana" klubunun da şərəfini qoruyan Azərbaycan çempionu öz komandasının heyətində nüfuzlu "Giro d'Italia" yarışında iştirak edəcək.

 

Yarışın proqramına əsasən, qadınlardan ibarət 19 komanda 10 gün ərzində 887 km məsafə qət edəcək. Nüfuzlu yarışın 2 km-dən ibarət başlanğıc hissəsi bu gün Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək.