23:48 03-07-2015
news_image

“Qəbələ”nin idmançısı Avropa Çempionu oldu - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, iyulun 5-dək davam edəcək yarışın ilk günü “Qəbələ” İdman Klubunun və Azərbaycan yığmasının cüdoçusu Şəhanə Hacıyeva üçün uğurlu olub.

 

40 kq çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.

 

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hacıyeva 4 görüşdə qalib gəlməklə ən yaxşı adını qazanıb.

 

O, əvvəl ukraynalı Alla Benebanı ipponla, rusiyalı Olqa Borisovanı yuko fəndi ilə məğlub edərək, yarımfinala yüksəlib.

 

Bu mərhələdə böyük britaniyalı Ceymi Liç Vitakeri ipponla üstələyən Şəhanə həlledici görüşdə isə rumıniyalı Lidiya Marini yuko fəndi ilə məğlub edib. (gabalafc.az)