01:17 05-07-2015
news_image
979
FUTBOL

“Borussiya” xeyriyyə oyununda qol olub yağdı – 17:0 - VİDEO

Dortmundun “Borussiya” klubu bir xeyriyyə oyununda rəqibini 17:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, “Team Gold” adlı keçmiş idmançılardan təşkil olunmuş komada ilə qarşılaşan dortmundlular rəqibinə göz açmağa imkan verməyib.

 

Erik Aubemeyanqın 16 dəqiqədə “het-trik” elədiyi oyunda Erik Hofman və Ciro İmmobile də üç qolla yadda qalıb. Matçın digər qolları isə Reus, Blaşikovski, Kastro və digər oyunçularından gəlib.

 

Maraqlıdı ki, vurulan 17 qolun hamısı cəmisi 63 dəqiqə içərisində reallaşıb.