13:10 07-07-2015
news_image
2015
TOP OYUNLARI

Bakı klubunun kapitanı rəsmən “Beşiktaş”da! - FOTO

“Azərreyl”in voleybolçusu Oksana Kovalçuk Azərbaycan karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, hazırda “Azəryol” adlanan komandanın 36 yaşlı kapitanı 2015/2016 mövsümünü Türkiyədə keçirəcək.

 

Bakı təmsilçisinin ən təcrübəli oyunçusu olan Kovalçuk “Beşiktaş”la danışıqları müsbət yekunlaşdırıb. Belarus millisinin üzvü artıq 1 illik müqaviləyə də imza atıb.

 

Qeyd edək ki, Oksana 2011/2012 mövsümündə də “Azərreyl”də oynayıb.