11:04 09-07-2015
news_image
958
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun ad gününə həsr olunan turnir keçiriləcək

İyulun 24-də mərhum qrossmeyster Vüqar Həşimovun ad gününə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, avqustun 1-dək davam edəcək yarışda 8, 10 və 12 yaşa qədər oğlan və qızlar mübarizə aparacaqlar.

 

Qaliblərə medal və diplomla yanaşı, qiymətli hədiyyələr də təqdim olunacaq. Çempion, həmçinin Vüqar Həşimov kuboku ilə də mükafatlandırılacaq.

 

Qeyd edək ki, İsveçrə sistemi üzrə baş tutacaq turnir 9 turdan ibarət olacaq.