12:50 11-07-2015
news_image
9676
DİGƏR NÖVLƏR

Formula-1 üçün Azadlıq meydanında "pitstop" tikiləcək

“Formula-1 yarışı paytaxtda keçiriləcək, bunun üçün şərait yaradılmalıdı. Gələn ilin mart-aprel ayında bəzi küçələrdə asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır. Bütün kanalizasiya qapaqları da bərkidilməlidi”. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas "pitstop" və ikimərtəbəli bina - "paddock" tikiləcək: “Komandalar, maşınlar gəlməlidi. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, işlərin gedişində hər hansı gecikmə yoxdu”.

 

A. Rəhimov qeyd edib ki, Formula-1 yarışının keçirilməsi ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir.