16:25 13-07-2015
news_image
1153
TOP OYUNLARI

Almaniya millisinin oyunçusu Azərbaycandan getdi - FOTO

Almaniya millisinin liberosu Lenka Dürr Azərbaycan karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı voleybolçu yeni mövsümdən Polşada oynayacaq.

 

O, Çempionlar Liqasında “Telekom”la E qrupunda yer alan “İmpel”lə anlaşıb. Artıq 1 illik rəsmi müqaviləyə imza atan Dürr yeni komandasında uğur qazanacağına əminlik də ifadə edib.

 

Qeyd edək ki, 2013/2014 mövsümündə “İqtisadçı” ilə Super Liqasının bürünc medalını qazanan Lenka son 1 il sonra “Azəryol”la da eyni uğuru təkrarlayıb.