15:15 15-07-2015
news_image
1042
TOP OYUNLARI

Azərbaycan çempionu püşkü gözləyir

Həndbol klubları arasında qitə kuboklarında Azərbaycanın yeganə təmsilçisi olan qadınlardan ibarət ABU komandasının mübarizə aparacağı yarışın formatı təsdiqlənib. Apasport.az saytının məlumatına görə, Bakı klubu son illərdə olduğu kimi yenə “Çelenc Cup”da çıxış edəcək.

 

Azərbaycan çempionu 25 komandanın mübarizə apardığı turnirə III mərhələdən başlayacaq. İlk iki mərhələsi keçirilməyəcək yarışın bu raundunda 18 klub qüvvəsini sınayacaq.

 

ABU iyulun 21-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək püşk zamanı səpələnmişlər səbətində yer alacaq. Bu mərhələnin qarşılaşmaları 14-15 və 21-22 noyabrda baş tutacaq.

 

III mərhələnin 9 qalibi mübarizəyə birbaşa 1/8 finaldan başlayacaq 7 komandaya qoşulacaq. Bu mərhələ isə 2016-cı il yanvarın 9-10 və 16-17-də baş tutacaq.