11:17 16-07-2015
news_image
5124
DİGƏR NÖVLƏR

“Neftçi İdman Klubu”nun rəsmi saytı fəaliyyətə başladı - FOTO

“Neftçi İdman Klubu” İctimai Birliyi daha bir yeniliyə imza atıb. Apasport.az-ın məlumatına görə, bu gündən klubun rəsmi internet səhifəsi - “neftchi.org” saytı artıq fəaliyyətə başlayıb.

 

Öz zənginliyi ilə seçilən portal bir neçə bölmədən ibarətdir. Klub bölümündə rəhbərlik, klub, struktur, tarix və dəyərlərimizlə tanış olmaq mümkündü. Xəbərlər bölməsində klubun fəaliyyəti, idmançıların müxtəlif səviyyəli yarışlarındakı çıxışları və əldə etdikləri nailiyyətlər haqda ən yeni məlumatlar yer alır.

 

İdman növləri bölümündə klubda mövcud olan çoxsaylı idman növləri müxtəlif sektorlara bölünərək yerləşdirilib: təkmübarizlik növləri, oyun idman növləri, döyüş növləri, silsiləvi və tətbiqi idman növləri və paralimpiya sektoru.

 

Uğurlar bölməsində muzey, çempionlar və hesabat yer alırsa, multimediada foto və videolarla tanış ola bilərsiniz. İnfrastruktur bölməsində isə qurumun inzibati binası, idman qurğuları və istirahət mərkəzləri haqda məlumat əldə etmək mümkündü. Rəsmi saytda yerləşdirilən xüsusi bannerlərdə ümummilli lider Heydər Əliyevin idmançılara diqqət və qayğısı, prezident İlham Əliyevin Olimpiya Hərəkatındakı xidmətləri, SOCAR rəhbərliyinin “Neftçi İdman Klubu”nun üzvləri və neft zəhmətkeşləri ilə görüşləri öz əksini tapıb.