14:40 20-07-2015
news_image
713
DİGƏR NÖVLƏR

"Neftçi"nin idmançısı 30 illik rekordu yenilədi

İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytı xəbər verir ki, "Neftçi İdman Klubu" İctimai Birliyinin atleti Nazim Babayev üçtəkanla tullanmada 30 illik rekordu qıraraq (17.04 metr) qızıl medal qazanıb.

 

Bununla Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına lisenziya qazanmış olub.

 

Qeyd edək ki, Babayev şərqi almaniyalı idmançı Volker Mainin 1985-ci il, avqustun 25-də imza atdığı (16.93 metr) rekordunu təzələyib.