10:47 21-07-2015
news_image
1209
TOP OYUNLARI

Azərbaycan çempionu karyerasını bitirdi - FOTO

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi Keti Radzuveyt karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 2011/2012 mövsümündə “Rabitə”nin şərəfini qorumuş almaniyalı blokçu 33 yaşında meydana vida edib.

 

Radzuveyt bildirib ki, artıq yerini gənc nəslə verməyin vaxtıdı. 2012-ci ildə Bakı klubundan yerli “Potsdam”a transfer olunan Almaniya millisinin sabiq üzvü karyerasında “Rabitə”nin xüsusi yer tutduğunu da bir daha xatırlayıb. Onun sözlərinə görə, ən baş mükafatları məhz Azərbaycan klubu ilə qazanıb. Keti artıq fəaliyyətini dayandırmış təmsilçimizlə Azərbaycan çempionu olmaqla yanaşı, klublararası dünya çempionatının da qızıl medalçısı olub.

 

Qeyd edək ki, Radzuveyt yığma karyerasında Avropa çempionatının və Qran-prinin bürünc mükafatını qazanıb.