12:03 21-07-2015
news_image
596
DİGƏR NÖVLƏR

Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında "Media Kuboku" yarışı keçirəcək. Apasport.az saytının məlumatına görə, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, fotoqraf və s.) iştirak edə bilər.

 

Şıxovda Veloparkda baş tutacaq “Media Kuboku”na saat 18:00-da start veriləcək.

 

Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlər qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürməlidi.

Velosiped və baş geyimi olmayanlar federasiya tərəfindən zəruri avadanlıqlarla təmin ediləcək.

 

Qalibləri Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və "2 Təkər" velosiped mağazasından qiymətli hədiyyələr gözləyir.