17:24 21-07-2015
news_image
1033
STOLÜSTÜ OYUNLAR

Yığmamızın Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq heyəti açıqlandı

Avqustun 23-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə usta şahmatçıların festivalı start götürəcək. Apasport.az saytının məlumatına görə, 9 gün davam edəcək və 9 turdan ibarət olacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.

 

Komandamız festivala 6 şahmatçı ilə qatılacaq. Ölkəmizin idman şərəfini Eltac Səfərli (2649), Qədir Hüseynov (2616), Nicat Məmmədov (2597), Zaur Məmmədov (2500), Asif Yaqubi (2431) və Nərmin Xələfova (2203) qoruyacaq.

 

Turnirdə ümumilikdə isə 27 ölkədən 112 zəka sahibi mübarizə aparacaq.