08:50 22-07-2015
news_image
1240
TOP OYUNLARI

Runi yenidən “Everton”un formasını geyinəcək

İngiltərə yığmasının üzvü Ueyn Runi yenidən sabiq komandası “Everton”un formasını geyinəcək. Apasport.az saytı xəbər verir ki, o, Liverpul təmsilçisinin keçmiş futbolçusu Dankan Ferqyusonun şərəfinə “Vilyareal”la keçiriləcək qarşılaşmada meydana çıxacaq.

 

Bununla bağlı danışan Runi bildirib ki, məhz Ferqyusonun sayəsində futbolda qalıb: “Gənc yaşlarımda Dankan Ferqyuson mənim üçün əsl qəhrəman idi. Onun şərəfinə keçiriləcək qarşılaşmaya dəvət almaq şərəfdi. Onun mənə dəstəyi çox olub. Əgər Ferqyuson olmasaydı, yəqin ki, çoxdan futboldan getmişdim”.

 

Qeyd edək ki, “Everton”un yetirməsi olan Runi 2004-cü ildən “Mançester Yunayted”in formasını geyinir.