09:51 22-07-2015
news_image
903
TOP OYUNLARI

“Azərbaycan klubundan xal almaq asan olmayacaq” - FOTO

“Çox güclü rəqiblərimiz var. Amma düşünürəm ki, mümkünsüz heç nə yoxdu. Fikrimcə, bu mövsüm komandamız o qədər güclüdü ki, çox şeyə nail ola bilər. Sadəcə, bütün qarşılaşmalarda bütün gücümüzü meydanda qoymalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “İmpel” klubunun voleybolçusu Maqdelena Qrika deyib.

 

21 yaşlı toppaylayıcı Çempionlar Liqasının qrup mərhələsi haqda fikirlərini açıqlayıb. O bildirib ki, E qrupunda mübarizə aparacaqları “Telekom” (Azərbaycan), “Fənərbaxça” (Türkiyə) və “Dresdner” (Almaniya) qitənin ən güclülərindəndi.

 

2010-2013-cü illərdə “Dresdner”də oynayan Qrikanın sözlərinə görə, qrup mərhələsində Avropanın aparıcı komandaları ilə üz-üzə gəlib, nəyə qadir olduqlarını ortaya qoymaq arzusundadı: “Yenidən Drezdendə oynayacağım üçün xoşbəxtəm. 3 il çıxış etdiyim komandanın ev oyunları zaman azarkeşlər klubla birgə nəfəs alıb. Onlar həmişə “Dresdner”in 7-ci oyunçusu olub. Bu komandada xeyli dostlarım var. “Telekom”la “Fənərbaxça”ya gəlincə, onlar həm yarışın, həm də Avropanın ən güclü komandadı. Bu komandalara qarşı bacarığımızın 100 faizini ortaya qoymalıyıq. Amma onlardan xal almaq elə də asan olmayacaq. Ötən mövsümdəki kimi çalışacağıq ki, maksimum nəticə göstərək. Amma işimizə sonda qiymət vermək olacaq”.

 

Qeyd edək ki, “İmpel” ilk turda Bakıda “Telekom”la üz-üzə gələcək.