23:59 26-07-2015
news_image
625
TOP OYUNLARI

Bakıda beynəlxalq tennis turniri başlayıb

Bakıda “WTA international” seriyalı ənənəvi beynəlxalq tennis turniri keçirilir.

 

Apasport.az saytının məlumatına görə, 250 min ABŞ dolları uduş fondu olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edirlər.

 

Bu il Bakıya 2014-cü il Avstraliya çempionatının finalçısı Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya) və Roberta Vinçi (İtaliya) gəliblər.

 

Ölkəmizdə beşinci dəfə keçirilən turnir avqustun 2-dək davam edəcək.