08:04 27-07-2015
news_image
1169
TOP OYUNLARI

Azərbaycan çempionu “Balıkesir”də - FOTO

“Rabitə”nin sabiq voleybolçusu Sanya Staroviç karyerasını aşağı divizionda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son mövsümü  “Beşiktaş”da oynayan 32 yaşlı serbiyalı hücumçu Türkiyənin “Balıkesir” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

 

O, II Liqada oynayan komanda ilə 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və 2013/2014 mövsümdə kapitan sarğısını daşıyan Staroviç “Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin təmsilçimizin heyətində 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnib.