12:23 27-07-2015
news_image
2092
DÖYÜŞ NÖVLƏRİ

Yarışlara qatılmayan cüdo yığmamız üçün uğursuz siyahı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan idmançıları üçün uğurlu alınmayıb.

 

Belə ki, Avropa Oyunlarından sonra heç bir yarışa qatılmayan millimizin aparıcı cüdoçularından irəliləyən olmayıb. Lakin komandamızın heyətində Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) liderliyini qorumağı bacarıblar. Onlar öz çəkilərində yenə də hamıdan öndədi.

 

Həmçinin, Elmar Qasımov (100 kq) yenə 2-ci və Tərlan Kərimov (66 kq) 37-cidi.

 

Bu idmançılarımızdan fərqli, İlqar Müşkiyev (60 kq) 7, Kifayət Qasımova (57 kq) 3, Nicat Şıxəlizadə (66 kq), Elxan Məmmədov (100 kq) və Uşqanqi Kokauri (+100) isə hərəyə 1 rəqibini özündən irəli buraxıb. Nəticədə onlar müvafiq olaraq, 26-cı, 48-ci, 8-ci, 14-cü və 39-cu pilləyə eniblər.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.