23:00 27-07-2015
news_image
532
DİGƏR NÖVLƏR

Velosipedçilərimiz Olimpiya Festivalında mübarizəyə başlayır - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan velosipedçiləri yarışa tam hazırdırlar. Velosiped İdmanı Federasiyasından apasport.az saytına verilən xəbərə görə, nüfuzlu yarışda 3 idmançımız - Kərim Şirəliyev, Mikayıl Səfərov və Bakir Dadaşov mübarizə aparacaq.

Bu gün Bakı vaxtı ilə saat 17:00-da təmsilçilərimiz 10 km məsafəyə fərdi ötüşmədə mübarizə aparacaqlar. İyulun 30-da isə qrup ötüşməsi keçiriləcək.