07:57 28-07-2015
news_image

Bakı-2015-in qalibi Koreyada da çempion oldu - FOTO

Koreyanın Çunçeon şəhərində təşkil edilən “Korea Open” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi G2 kateqoriyalı yarışın son gün aktivinə daha 2 medal əlavə edib.

 

Belə ki, I Avropa Oyunlarının qalibi, 80 kq çəki dərəcəsində turnirə qatılan Milad Beiqi Herçaqani bütün rəqibləri üzərində inamı qələbə qazanaraq, fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, yarımfinalda məğlubiyyətə üzülən Sina Bahrami (63 kq) bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, yığmamıza digər bürünc medalı Patimat Abakarova (49 kq) qazandırıb.