15:14 28-07-2015
news_image
830
TOP OYUNLARI

“Azərreyl” legioneri ilə yollarını ayırdı - FOTO

“Azərreyl” Kanada millisinin voleybolçusu Tabita Lavla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ötən il 2 illik müqavilə bağladığı 24 yaşlı hücumçunun xidmətində maraqlı olmayıb.

 

Bu səbəbdən də Lavla razılıq qarşılıqlı şəkildə pozulub. Ötən mövsüm əsas komandada möhkəmlənə bilməyən kanadalı artıq özünə yeni komanda da tapıb. O, karyerasını Almaniyada davam etdirəcək. Tabita “Şveriner”lə 1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Lav “Azərreyl”lə (Azəryol) 2014/2015 mövsümündə bürünc medal qazanıb.