15:16 29-07-2015
news_image
1164
TOP OYUNLARI

“Azərreyl”in voleybolçusu yığmadan kənarda qaldı - FOTO

“Azərreyl”in bolqarıstanlı voleybolçusu Straşmira Filipova Avropa çempionatına aparılmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Bolqarıstan millisinin baş məşqçisi Draqan Neşiç açıqlama verib.

 

Çalışdırıcı bildirib ki, 30 yaşlı blokçunun heyətə daxil edilməməsinə səbəb ayağından əməliyyat olunmasıdı: “Həkimlər Filipovanın 3 aya yaxın meydana çıxmasına qadağa qoyublar. Buna görə də Straşmira sentyabrın 26-dan oktyabrın 4-dək Hollandiya və Belçikada təşkil olunacaq Avropa çempionatına aparılmayacaq. Çünki onun sağlamlığını riskə atmaq olmaz”.

 

Qeyd edək ki, ötən il “Azərreyl”ə (Azəryol) transfer olunan Filipova 2 illik müqavilə bağladığından 2015/2016 mövsümündə də Bakı klubunun uğurları üçün çalışacaq.