11:37 01-08-2015
news_image
1377
DİGƏR NÖVLƏR

Yığmamızın heyəti açıqlandı: Qəbələyə 100 ölkədən 2 min idmançı gəlir

Atıcılıq üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 6-16-da Qəbələdə keçiriləcək Dünya Kubokuna 26 snayperimiz qatılacaq.

 

Rio-2016-ya 34 lisenziyanın sahibini tapacağı yarışda ölkəmizin idman şərəfini Nəzrin Abbaslı, Məhəmmədəli Abdullayev, Urfan Axundov, İradə Aşumova, Ülviyyə Eyvazova, Rübabə Quluzadə, Xəyalə Hüseynli, Əlimməməd Hüseynov, Zərifə Qasımova, Ruslan Lunyov, Mehriban Məcidova, Rəsul Məmmədov, Leyla Mirzəzadə, Nigar Nəsirova, Nərminə Səmədova, Elvin Astanov (hamısı güllə atıcılığı), Niyaz Əlizadə, Paşa Əhədpur, Emin Cəfərov, Nurlana Cəfərova, Zemfira Meftahətdinova, Sevda Mustafayeva, Alina Rafiqxanova, Elvin İsmayılov, Əli Hüseynli və Əlimirzə Quliyev (hamısı stend atıcılığı) qoruyacaq.

 

Yarışa ümumilikdə isə 100 ölkədən 2000-ə yaxın idmançının gəlməsi gözlənilir.