12:42 01-08-2015
news_image
10328
TOP OYUNLARI

“Azəryol”un yeni məşqçisinin adı rəsmiləşdi

“Azəryol”un baş məşqçisinin adı rəsmiləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda yenidən Aleksandr Çervyakova həvalə olunub.

 

Ötən mövsümün gedişində “Azərreyl”dən ayrılan mütəxəssislə 1 illik razılıq əldə olunub. 3-cü dəfə Bakı təmsilçisinin “sükanı” arxasına keçən çalışdırıcının qarşısına Super Liqada və CEV kubokunda inamlı çıxış etmək tapşırığı qoyulub.

 

Çervyakov bu postda Vüqar Əliyevi əvəzləyib. Sabiq baş məşqçinin isə yenidən onun köməkçisi olması istisna deyil.