11:44 03-08-2015
news_image
5833
TOP OYUNLARI

Voleybol millimiz Rio Olimpiadasına necə gedə bilər?

Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının voleybol yarışlarının lisenziya qaydalarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, FİVB ən nüfuzlu turnirinə seçim qaydalarını müəyyənləşdirib.

 

Yarışa birbaşa qatılan Braziliya yığmasının ardından Dünya Kubokunun 2 ən yaxşısı da Olimpiadada iştirak hüququ qazanacaq. Həmçinin, Avropa, Afrika, Cənubi Amerika və NORCEKA təsnifatlarının qalibləri Rioya bilet sifariş edəcək.

 

Qadın voleybolçulardan ibarət millimizin də qatılmaq şansı olan Avropa Təsnifat Turniri gələn il yanvarın 4-9-da Türkiyədə baş tutacaq. 2016-cı ilin mayında isə dünya təsnifat mərhələsi keçiriləcək. Burada 4 Asiya təmsilçisi ilə yanaşı, NORCECA və Cənubi Amerikada ikinci, Avropada ikinci və üçüncü yeri tutacaq yığmalar mübarizə aparacaq. Yekunda ilk 3 yer və Asiya təmsilçiləri arasında ən yaxşı nəticə göstərən yığma Olimpiadaya vəsiqə qazanacaq.

 

Sonuncu lisenziya isə NORCECA və Cənubi Amerikanın ikinci, həmçinin Afrikanın ilk 2 komandasının yarışında müəyyənləşəcək.