13:10 04-08-2015
news_image
4241
DİGƏR NÖVLƏR

“Neftçi” 1000-i keçdi

"Neftçi İdman Klubu”nun idmançıları ilin ilk yarısına uğurla yekun vurublar. Apasport.az saytının məlumatına görə, komanda üzvləri 2015-ci ilin altı ayı ərzində müxtəlif səviyyəli yarışlara qatılaraq yüksək nailiyyətlər əldə ediblər.

 

Belə ki, klubun yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli yarışlarda böyük əzm və peşəkarlıq nümayiş etdirərək, 416-sı qızıl, 272-si gümüş və 352-si bürünc olmaqla, ümumilikdə 1040 medal qazanıblar. Onlar I Avropa Oyunlarında 16 (6 qızıl, 5 gümüş, 5 bürünc), dünya yarışlarında 45 (24 qızıl, 11 gümüş, 10 bürünc), Avropa yarışlarında 59 (21 qızıl, 7 gümüş, 31 bürünc), beynəlxalq turnirlərdə isə 146 medala (56 qızıl, 43 gümüş, 47 bürünc) sahib olublar.

 

Respublika yarışlarında 330 medala (150 qızıl, 74 gümüş, 106 bürünc) yiyələnən klub təmsilçiləri, paytaxt yarışlarında 261 (107 qızıl, 78 gümüş, 76 bürünc), digər yarışlarda isə 183 (52 qızıl, 54 gümüş, 77 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.

 

Beləliklə, "Neftçi İdman Klubu” yaşamaqda olduğumuz ilin ilk yarısında qazandığı medalların sayına görə ölkəmizdə fəaliyyət göstərən idman təşkilatları arasında liderliyini davam etdirməkdədi.

 

YARIŞIN ADI

QIZIL  MEDAL

GÜMÜŞ MEDAL

BÜRÜNC MEDAL

CƏMİ

1

AVROPA OYUNLARI

6

5

5

16

2

DÜNYA

24

11

10

45

3

AVROPA

21

7

31

59

4

BEYNƏLXALQ TURNİRLƏR

56

43

47

146

5

RESPUBLİKA

150

74

106

330

6

BAKI

107

78

76

261

7

DİGƏR YARIŞLAR

52

54

77

183

CƏMİ:

416

272

352

1040