08:48 07-08-2015
news_image

Hacıyev bürünc şansını qaçırdı

Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən yeniyetmələrin cüdo üzrə dünya çempionatında ikinci günə yekun vurulub. Apasport.az saytının məlumatına görə, tatami üzərinə çıxan üç Azərbaycan cüdoçusundan biri – Məhəmməd Hacıyev mükafat qazanmağa yaxın olsa da, 3-cü yer uğrunda qarşılaşmada uduzub.

 

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Haccıyev 1/16 finalda rumıniyalı Marian Tanase, 1/8 finalda özbəkistanlı Bəhruz Amandovlatovu məğlub etsə də, /4 finalda isə tacikistanlı Camoloddin Abdullloyev qarşısında aciz qalıb. Təsəlliverici qarşılaşmada türkmənistanlı Abbas Abassova qalib gələn idmançımız bürünc uğrunda görüşdə Robinzon Beqlaraşviliyə yenilərək, mükafatsız qalıb.

 

66 kq çəki dərəcəsindəki hər iki cüdoçumuz 1/16 finalda çıxışını başa vurub. Vüsal Cəmilzadə qazaxıstanlı Marat Jankoşaya, Paşa Əliyev ukraynalı Gevork Manukyana məğlub olub.