20:56 09-08-2015
news_image
3820
DİGƏR NÖVLƏR

"Qəbələ Atıcılıq Mərkəzi digərlərindən fərqlidi" - Baş katib

Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayberin apasport.az saytına müsahibəsi

 

- Artıq iki gündü Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışları keçirilir. Fikirləriniz maraqlı olardı...

- Çox xoşbəxtik. Hər şey əladı. Xüsəsən də, atıcılıq mərkəzi digərlərindən fərqlidi. Çox xoşuma gəlir.

 

- Təşkilatçılıqla bağlı düşüncələriniz nələrdi?

- Hər şey gözəl şəkildə təşkil edilib. Təşkilatçılıqdan tam razıyıq. Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm.

 

- Artıq neçənci dəfədi ki, Qəbələdə bu tipli yarışlar keçirilir. İldən-ilə təşkilatçılıq baxımından inkişaf hiss olunurmu?

- İnkişaf hər dəfə hiss olunur. Ötən illə müqayisədə bu il daha yaxşıdı. Həmçinin gələn il də Bakıda Dünya Kuboku keçiriləcək. Əminik ki, həmin yarış da yüksək səviyyədə təşkil olunacaq.

 

- Gələcəkdə Qəbələdə hansı turnirlər nəzərdə tutulur?

- Azərbaycan Beynəlxalq İdman Atıcılıq Federasiyasına artıq rəsmi müraciət edib. Növbəti görüşdə bununla bağlı müzakirələr aparılıb, qərarlar veriləcək. Gənclər arasında Dünya Kubokunun gələn il Qəbələdə təşkili gözlənilir.

 

- Qəbələ İdman Klubunun atıcılıqdakı işini necə dəyərləndirirsiniz?

- Çox gözəl. Bu təşkilatçılıq Qəbələ klubu ilə Azərbaycan Atıcılıq Federasiyası arasında bölünüb. Hər ikisi işini yüksək səviyyədə görür.

 

- Azərbaycan idmançılarının səviyyəsi ürəyinizcədimi?

- Azərbaycan idmançılar getdikcə özlərini inkişaf etdirirlər. Dünən qadın atıcılır Skit növündə özlərini yaxşı şəkildə göstərdilər. İnanıram ki, aydan-aya, ildən-ilə daha da yaxşı olacaq.