08:30 10-08-2015
news_image
630
DİGƏR NÖVLƏR

“Asan olacağını gözləmirdik” - ABŞ-lı dünya çempionu

“Çox çətin idi. Rəqiblərim də yüksək ballar yığırdılar”. Bunu apasport.az saytına Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunun qızıl mükafatçısı Vinsent Honkok deyib.

 

Dünən Skit növündə hamıdan çox xal toplayan ABŞ yığmasının üzvü bununla gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Rəqiblərinin güclü olduğunu bildirən Hankok təşkilatçılıqdan da ağızdolusu danışıb: “Digər idmançıların çox xal yığması işimi daha da çətinləşdirdi. Təbii ki, asan olacağını da gözləmirdik. O ki qaldı təşkilatçılığa, hər şey əladı. Qəbələ çox gözəl, səfalı yerdi. Burda gəzməli yerlər çoxdu. Biz yarışmaqla yanaşı, həm də təbiətin qoynunda gözəl istirahət etmək imkanı qazanırıq”.