15:50 10-08-2015
news_image
4100
DİGƏR NÖVLƏR

“Qəbələdə lisenziya qazanmaq iddiasındayam” - Yekaterina Korşunova

“Artıq neçənci dəfədi ki, Azərbaycana gəlirəm. Hər dəfə də müsbət təəssüratlarım yaranır”. Bu sözləri apasport.az saytına atıcılıq üzrə Rusiya millisinin üzvü Yekaterina Korşunova deyib.

 

Qəbələdə təşkil edilən Dünya Kubokunda iştirak edən Korşunova hədəfinin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu bildirib: “Əla atıcılıq mərkəzində dünyanın ən yaxşıları ilə mübarizə aparırıq. Təşkilatçılıq həmişəki kimi, yenə ən yüksək səviyyədədi. Düzdü, ötən il Qəbələdə keçirilən Dünya Kubokunda daha az iştirakçı var idi. Bu dəfə isə həm rəqabət böyükdü, həm qonaqların ümumi sayı çoxdu. Bir fərq də ondadı ki, ötən il hava daha sərin idi. Bu il Avropa Oyunlarında da, indi də isti hava şəraiti ilə üzləşmişəm. Amma bu amil məni hədəfimdən yayındıra bilməz. Çıxış etdiyim hər iki növdə - 10 və 25 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda mükafat və lisenziya qazanmaq iddiasındayam”.

 

Rusiyalı atıcı ölkəmizdəki atıcılıq mərkəzləri barədə də fikir bildirib: “Bakı və Qəbələdəki atıcılıq mərkəzləri çox müasir və yüksək səviyyəlidi. Təəssüf ki, bizdə belələri yoxdu. Rusiyada köhnə dəbli, daha çox daxili yarışlara yarayan qurğular fəaliyyət göstərir”.